
İşçilərimiz
Elbay Ənvər oğlu Qasımzadə - President
1948-ci ilin dekabr ayının 26 Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan politexnik institutunun memarlıq fakültəsini bitirmişdir.
1971-1975 illərdə landşaft memarlığı problemləri üzərində çalışmış, təbii landşaft, Bakı şəhərinin müxtəlif rayonlarında ucaldılan tikililərin qarmonizasiyası və s. bu kimi məsələlərlə məşğul olmuşdur.
1975-1989 illərdə Respublikanın kənd ərazilərində İnşaat layihələşdirilməsi institutunda işləyir. Bir sıra kiçik yaşayış məntəqələrinin baş planlarının müəllifidir. Həmin dövrdə «Saman memarlığı» adlı Beynəlxalq proqramın problemləri ilə də ciddi məşğul olmuşdur. Bu sahədə həyata keçirilən müxtəlif layihələrin müəllifidir.
1989-2001 illərdə Bakı şəhərinin Baş memarı, Bakı meriyasının Memarlıq və şəhərsalma üzrə Baş idarəsinin rəisi vəzifələrində çalışmışdır.150-dən artıq layihənin müəllifidir. Ondardan çoxu həyata keçirilib.1998-ci ildə oğlu ilə birgə Azərbaycanda və xaricdə tanınan “El&En” memar şirkətini təsis etmiş və hazırda ona başçılıq edir.
1990-cı ildə Azərbaycanın Əməkdar memarı adına layiq görülmüşdür.
2000-ci ildə ən ali mükafat – “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Memarlar Birliyinin Birinci Katibidir. Memarlar İttifaqlarının Beynəlxalq assosiasiyasında birləşən ölkələrin paytaxtında “İlin ən yaxşı layihəsi”, “İlin ən yaxşı tikilisi” adı ilə keçirilmiş beynəlxalq müsabiqələrin laureatıdır.
Şərq ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü və vitse-prezidentidir. MMBA – ın (YUNESCO yanında Moskva şəhərinin Memarlığı Beynəlxalq Akademiyası) professorudur.
Çikaqo, Barselona, Lozanna, Pekin, Turin şəhərlərində keçirilən Ümumdünya konqreslərin iştirakçısıdır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsində pedaqoji fəaliyyətlə məşğul olur.
Ailəlidir, iki övladı və dörd nəvəsi var.

Ənvər Elbay oğlu Qasımzadə - Vitse President
Ənvər Elbay oğlu Qasımzadə 1974 – cü il aprelin 28 də Bakı şəhərində anadan olmuşdur.
1995 – ci ildə M.Ə.Rəsulzadə adına BDU – nin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlıər fakultəsini beynəlxalq hüquqşünas ixtisası üzrə bitirmişdir.
1996 – 2000 ci illərdə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarında işləmiş, Lion şəhərində (Fransa) İnterpolun iqamətgahında beynəlxalq konfransda iştirak etmiçdir.
2000 – ci ilin İyun ayında ingilis dilinin və İngiltərənin universitetlərindən birində magistr dərəcəsi üzrə beynəlxalq hüququn öyrənilməsi üçün Böyük Britaniyaya gedir. 2001 – ci ildə “İELTS” beynəlxalq sistemilə ali ball alır. 2004 – cü ildə Nottinghem Universitetində (Böyük Britaniya) beynəlxalq kommersiya hüququ ixtisası üzrə magistr dərəcəsi almışdır. 2001 – 2004 – cü illərdə kompyuter proqramlarının, biznesin əsaslarının və s. öyrənilməsi üçün bir sıra kurslar bitirmişdir.
1998 – ci ildə atası – Elbay Qasımzadə ilə “EL & EN ” firmasını təsis etmişdir.
Hal-hazırda "Silk Way Holding" şirkətində hüquq idarəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyir.
Baybəyov Ravil Saleh oğlu - Baş arxitektor
1957-ci ilin aprel ayının 3 Bakı şəhərində anadan olmuşdur.
1980-cı ildə memarlıq ixtisası üzrə Mühəndis-İnşaat institutunu bitirib.
1980-1988 illərdə “Bakgiproqor” Layihələşdirmə İnstitutunda memar vəzifəsində çalışmışdır.
1990-1996 illərdə “Modus” özəl memarlıq şirkətində çalışmış və bir sıra həyata keçmiş layihələri hazırlamışdır.
1998-cı ildən “El&En” firmasında işləyir,2006 ildən şirkətin Baş Memarıdır.
Azərbaycan Memarlar Birliyinin üzvüdür. Beynəlxalq Memarlar İttifaqı Assosiasiyasının bir sıra Beynəlxalq müsabiqələrinin və “Uğür” Milli Mükafatının laureatıdır.
Evlidir. Oğlu var.
Qurbanaliyev Zaur Ramiz oğlu - Baş injener
1982-ci ilin may ayının 25 Bakı şəhərində anadan olmuşdur. 2003-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini memar ixtisası üzrə bitirmişdir. Bakıdakı “Biznes mərkəzi” diplom layihəsi MDB ölkələri üzrə Ali məktəblərin məzunları arasında keçirilən Beynəlxalq müsabiqə üçün seçilmişdir. 2005-ci ilin yanvar ayından“El&En” firmasında işləyir. Azərbaycan Memarlar Birliyinin üzvüdür. Evlidir. Oğlu var.
Məmmədov Maqsud Teymur oğlu - arxitektor
1983-ci ilin Fevral ayının 22 Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini memar ixtisası üzrə bitirmişdir. 2008-ci ildən “El&En” firmasında işləyir.
2008-ci ildə Dublində (İrlandiya) keçirilən Gənc Memarların Avropa Assambleyasında istirak etmişdir.
<
Kərimova Lalə Eldəniz qızı - dizayner
1985-ci ilin avqust ayının 29 Bakı şəhərində anadan olmuşdur. 2007-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini memar - dizayner ixtisası üzrə bitirmişdir. “Bionik formalı memar-konstruktiv modeli” mövzulu diplom layihəsi Voloqda şəhərində keçirilən müsabiqə üçün seçilmişdir. 2008-ci ildən “El&En” firmasında işləyir.





